Cəmiyyət

Ağdamdakı qəzada xəsarət alanların VƏZİYYƏTİ MƏLUM OLDU

19 Jun 2026, 15:00 1 baxış
Ağdamdakı qəzada xəsarət alanların VƏZİYYƏTİ MƏLUM OLDU
Ötən gün Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iyunun 18-də saat 23:00-da dörd nəfər (bir kişi, üç qadın) Ağdam Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. "Yaralılara bədənin müxtəlif nahiyələrinin açıq yaraları və travmaları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilir. Xatırladaq ki, hadisə VAZ-2106 avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində ötən gün baş verib. Nəticədə avtomobil yol kənarında olan dörd piyadanı vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər