Cəmiyyət

Ağdərəyə daha 12 nəfər köçürüldü

19 Jun 2026, 14:40 1 baxış
Ağdərəyə daha 12 nəfər köçürüldü

Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 2 ailə olmaqla 12 nəfər köçürülüb.


Bu barədə Axar.az-a Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Sakinlərə mənzillərin açarlarını, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinn müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev təqdim edib.


Tədbir çərçivəsində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən köç edən sakinlərlə mina təhlükəsizliyinə dair maarifləndirmə görüşü keçirilib. Sakinlərə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, riskli ərazilərdə davranış qaydaları, eləcə də şübhəli əşyalar aşkar edildiyi zaman atılmalı addımlar barədə ətraflı məlumat verilib.


Xatırladaq ki, iyunun 19-da həmçinin Xankəndi şəhərinə 68 nəfərdən ibarət 18 ailə də köçürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər