Dünya
Tramp ABŞ ilə memorandumun imzalanmasını İran üçün kapitulyasiya adlandırdı
"Vaşinqtonla anlaşma memorandumunun imzalanmasını Tehran üçün kapitulyasiya oldu". Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios" nəşrinə müsahibəsində bildirib. Tramp diplomatik razılaşmanın İslam Respublikasından "qeyd-şərtsiz kapitulyasiya"ya nail olmaq planlarına dair əvvəlki açıqlamaları ilə ziddiyyət təşkil edib-etməməsi ilə bağlı jurnalistin sualına cavablandırıb. "Bu, həqiqətən də mümkündür, qeyd-şərtsiz kapitulyasiya. Mən belə hesab edirəm", - deyə ABŞ lideri qeyd edib. Onun fikrincə, ABŞ öz silahlı qüvvələrinin üstünlüyündən istifadə edərək, İranı tam şəkildə hərbi məğlubiyyətə uğradıb. "Başqa kim belə bir blokada tətbiq edə bilərdi? Mən dəniz blokadası tətbiq etdim. Heç bir gəmi keçə bilmədi", - deyə o əlavə edib. Eyni zamanda Donald Tramp vurğulayıb ki, münaqişə zamanı ölkənin hərbi potensialından istifadə ilə bağlı hər hansı məhdudiyyət hiss etməyib.
Mənbə
oxu.az