Cəmiyyət

Deputatdan taksilərlə bağlı TƏKLİF

19 Jun 2026, 13:32 4 baxış
Deputatdan taksilərlə bağlı TƏKLİF
"Taksilərə sərnişinləri mindirib düşürmək üçün müxtəlif ərazilərdə 2-3 dəqiqəlik şərait yaradılması təklif edilir". Oxu.Az-ın məlumatına görə, bu təkliflə deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib. O qeyd edib ki, müxtəlif ərazilərdə, o cümlədən sosial obyektlərin qarşısında sərnişinlərin taksidən minib düşməsi üçün şərait yoxdur, taksi cərimələnməmək üçün gedib 200-300 metr kənarda saxlamaq məcburiyyətində qalır: "Bu, həm də sərnişinlər üçün çətinlik yaradır. Qocalar var, uşaqlar var, xəstə olan insanlar var. Ona görə də taksilərə sərnişinləri düşürüb mindirmək üçün 2-3 dəqiqəlik şəraitin yaradılması məqsədəuyğun olardı".
Mənbə oxu.az

Oxşar Xəbərlər