Cəmiyyət
12 nəfərin Ağdərə həsrəti bitdi - FOTO
İyunun 19-da Ağdərə rayonuna növbəti köç olub. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, bu gün Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 2 ailə olmaqla 12 nəfər köçürülüb. Sakinlərə mənzillərin açarlarını, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinn müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev təqdim edib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az