Cəmiyyət

Culfadakı yanğında xəsarət alan qadın öldü

19 Jun 2026, 12:48 2 baxış
Culfadakı yanğında xəsarət alan qadın öldü
Culfada iyunun 11-də baş verən yanğın zamanı ağır xəsarətlər alan qadın dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, hadisə nəticəsində 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalov da hadisə yerində həyatını itirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər