Cəmiyyət

Lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti uzadılıb - FOTO

19 Jun 2026, 13:02 1 baxış
Lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti uzadılıb - FOTO
Çoxsaylı müraciətlər nəzərə alınaraq lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti 21 iyun saat 15:00-dək uzadılıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat yayıb. Bildirilib ki, qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində "Sorğu yerləşdir" bölməsinə daxil olaraq öncə "Mərkəzi imtahanla qəbul" düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər. Qeyd edək ki, lisey və gimnaziyalara qəbul ildə bir dəfə - tədris ili başlamazdan əvvəl "Şagirdlərin elektron yerdəyişməsi" (sy.edu.az) sistemi vasitəsilə qeydiyyatdan keçmiş və imtahanda iştirak hüququ qazanmış şagirdlər üçün təşkil olunur. İmtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim edilir. Müvafiq bal toplayan şagirdlər seçim mərhələsinə buraxılır. Qəbul olunan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılır və sənəd qəbulu prosesi aparılır. Lisey seçimi iki mərhələdə, ehtiyac olduqda isə üç mərhələdə həyata keçirilir.
{{gallery}}
Lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti uzadılıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər