Cəmiyyət
Parlamentdə sənədsiz evlərlə bağlı AMNİSTİYA TƏKLİFİ
"Hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev var. Bu məsələnin həlli ilə bağlı müxtəlif vaxtlarda tədbirlər həyata keçirilsə də, sistemli və kompleks islahat lazımdır". Oxu.Az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar iclasında deputat Kamal Cəfərov deyib.
O bildirib ki, mülkiyyət hüququnun tanınması çox fundamental məsələdir: "Bu gün sənədsiz evlərdə yaşayan şəxslər qeydiyyata düşə bilmirlər və buna görə ərazi üzrə dövlət xidmətlərinə tam çıxışları olmur. Evinə qaz çəkə bilmir, ailə başçısı vəfat edəndə vərəsəlik hüququ avtomatik tanınmır, mülkü övladına qanuni yolla keçirə bilmir, boşanma zamanı mənzilə hüquqi iddia irəli sürülməsi mümkün olmur. Sənədsiz evlər bu gün dəyərindən 20-30 faiz ucuz satılır, banklar tərəfindən girov kimi qəbul edilmir. Yəni vətəndaş öz evini kapitala çevirib kiçik biznes qura bilmir. Başa düşürəm ki, bu çox mürəkkəb məsələdir, məsuliyyəti ağırdır. Riskli tərəfləri çoxdur. Ancaq sənədsiz evlərlə bağlı dünya təcrübəsi, Türkiyə təcrübəsi mövcuddur. Türkiyədə İmar Barış proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz ev dəyərinin 3%-i miqdarda ilkin rüsum ödəməklə çıxarış aldı. Biz də buna oxşar təcrübəni tətbiq edə bilərik. Nəqliyyat və enerji xətləri üzrə mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda, o cümlədən mübahisəli evlər istisna olmaqla, sənədsiz evlərə çıxarış verilə bilər. Bu iqtisadiyyatımıza, o cümlədən büdcəyə milyardla manat həcmində əlavə və davamlı dəyər qata bilər. Ona görə təklif edirəm ki, sənədsiz evlər üçün "Şəhərsalma və memarlıq ili"ndə amnistiya elan edilsin. Bununla bağlı xüsusi proqram qəbul edilsin. Bu məsələ mərhələli formada həll edilsin".

Mənbə
oxu.az