Cəmiyyət

Zaqatalada KIA ilə "Opel" toqquşdu: XƏSARƏT ALAN VAR

19 Jun 2026, 11:52 28 baxış
Zaqatalada KIA ilə "Opel" toqquşdu: XƏSARƏT ALAN VAR
Bu gün səhər saatlarında Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə saat 09:00-da Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunda qeydə alınıb. Məlumata görə, KIA markalı avtomobillə "Opel" markalı avtomobil toqquşub. Nəticədə "Opel" aşıb və onun sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər