Digər

Rusiya və Çinlə bu sazişi imzalasaq... - Tramp

17 Jun 2026, 21:16 2 baxış
Rusiya və Çinlə bu sazişi imzalasaq... - Tramp

ABŞ Rusiya və Çinlə nüvə silahları arsenalının azaldılması barədə saziş bağlamaq istəyir.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.


O, G7 sammiti çərçivəsində keçirilən mətbuat konfransında deyib ki, ABŞ dünyanın ən böyük nüvə arsenalına malikdir, Rusiya ikinci yerdədir, Çin isə öz nüvə arsenalını sürətlə artırır və beş ildən sonra bu sahədə onlarla eyni səviyyəyə çata bilər:


“Biz denuklearizasiya (nüvə silahlarının azaldılması) haqqında saziş bağlamalıyıq – bu, sadəcə möhtəşəm olardı. Bütün bunlara ehtiyacımız yoxdur, dünyanın 300 dəfə məhv edilməsinə imkan verəcək qədər silaha sahib olmağa ehtiyac yoxdur. Açığı, bu, dəhşətlidir.


Əgər denuklearizasiya ilə bağlı saziş bağlaya bilsək, mən bundan çox məmnun olardım. Və bu iki tərəfdən biri bunu çox istəyir. Sizə deyim ki, ikinci tərəf isə buna o qədər də həvəsli deyil. Amma belə bir razılaşma üçün hər iki tərəfin iştirakı lazımdır”, – deyə o qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər