Dünya

KİV: ABŞ və İran arasında danışıqlar İsveçrədə keçiriləcək

14 Jun 2026, 00:32 4 baxış
KİV: ABŞ və İran arasında danışıqlar İsveçrədə keçiriləcək
ABŞ və İran nümayəndələri arasında birbaşa görüşün gələn həftə İsveçrədə keçirilməsi planlaşdırılır. Oxu.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Məlumata görə, yüksəksəviyyəli ABŞ və İran rəsmilərinin görüşü İsveçrədə baş tuta bilər. Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar danışıqlar üçün şərait yaratmaq məqsədilə İsveçrəyə səfər etməyi planlaşdırır. Bundan əvvəl "Bloomberg" agentliyi Cenevrənin ABŞ və İran arasında mümkün sazişin imzalanacağı məkan ola biləcəyini yazmışdı. "Axios" portalı isə ABŞ vitse-prezidenti Cey. Di. Vensin mümkün səfəri ərəfəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Cenevrəyə avadanlıq daşıdığını bildirmişdi. Bununla yanaşı, İranın "Fars" agentliyi danışıqlara yaxın mənbəyə istinadən Cenevrədə sazişin imzalanacağı barədə məlumatların həqiqəti əks etdirmədiyini qeyd edib. Mənbənin sözlərinə görə, Tehran hələ razılaşma ilə bağlı yekun qərar verməyib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla sazişin rəsmiləşdirilməsinin iyunun 14-nə planlaşdırıldığını bildirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər