Cəmiyyət

Prezident Minifutbol Federasiyasına 1 milyon ayırdı

05 Jun 2026, 15:19 10 baxış
Prezident Minifutbol Federasiyasına 1 milyon ayırdı

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat pul ayrılacaq.


Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamla Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.


Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Mənbə axar.az

Oxşar Xəbərlər