Cəmiyyət

Bakıda bina təmirinə doqquz milyon manata yaxın pul ayrılacaq

05 Jun 2026, 14:44 2 baxış
Bakıda bina təmirinə doqquz milyon manata yaxın pul ayrılacaq
"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 40 ünvanında yerləşən inzibati binada təmir və yenidənqurma işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 8 milyon 938 min 796 manat təşkil edir. Müvafiq sənədlərə əsasən, layihə çərçivəsində inzibati binada gücləndirmə, qazıntı və əksdolğu işləri, bünövrə və zirzəmi divarlarının möhkəmləndirilməsi, həmçinin digər təmir-bərpa tədbirlərinin həyata keçirilməsi planlaşdırılır. Texniki şərtlərə görə, işlərə 3 200 kubmetr həcmində qazıntı, 3 400 kubmetr qruntun sıxlaşdırılması, 915 kvadratmetr sahədə suvağın sökülməsi və yüzlərlə kubmetr həcmində digər tikinti-quraşdırma əməliyyatları daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər