Cəmiyyət

Azərbaycanlıların öldüyü gəmilər... - Foto

05 Jun 2026, 14:47 1 baxış
Azərbaycanlıların öldüyü gəmilər... - Foto

Xəbər verdiyimiz kimi, azərbaycanlıların idarə etdiyi “Natra” və “Zirkon” yük gəmilərinə dron hücumu baş verib. Nəticədə 5 azərbaycanlı ölüb, 3 nəfər yaralanıb. Yaralılar Rusiyanın Yeysk şəhər xəstəxanasına yerləşdirilib.


Axar.az xəbər verir ki, vurulan gəmilərdən biri “Natra” 1989-cu ildə istehsal olunub və Beliz bayrağı altında üzür.


Gəminin uzunluğu 116, eni isə 14 metrdir.


Çoxməqsədli “Zirkon” yük gəmisi isə 1972-ci ildə istehsal olunub və Palau bayrağı altında üzür.


Gəmilərin fotolarını təqdim edirik:

Mənbə axar.az

Oxşar Xəbərlər