Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar NƏ VAXT ÖDƏNİLƏCƏK?

05 Jun 2026, 13:28 6 baxış
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar NƏ VAXT ÖDƏNİLƏCƏK?
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda iyun ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının 12-də ödəniləcək. Daha sonra isə qrafikə uyğun olaraq respublikanın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər