Cəmiyyət

Son beş ayda gecikdirilmiş 378 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub - FOTO

05 Jun 2026, 13:56 2 baxış
Son beş ayda gecikdirilmiş 378 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-may ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 378.3 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 93%-i əməkhaqqı, 7%-i isə müavinət və kompensasiya, zərərə görə ödənişlər olub. Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 53 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Son beş ayda gecikdirilmiş 378 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub - FOTO Son beş ayda gecikdirilmiş 378 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər