Cəmiyyət

Ağdamda 100-dən çox şəxs qayğı ilə əhatə olundu

05 Jun 2026, 12:40 2 baxış
Ağdamda 100-dən çox şəxs qayğı ilə əhatə olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ötən ilin avqust ayında Ağdamın Quzanlı qəsəbəsində fəaliyyətə başlayan Sosial Xidmət Mərkəzində həssas kateqoriyadan olan 100-dən çox şəxs sosial xidmətlərdən yararlanıb.


Axar.az xəbər verir ki, mərkəzdə əlilliyi olan uşaqlarla yanaşı, zorakılığın müxtəlif növlərinə məruz qalmış, sosial xidmətə ehtiyacı olan şəxslərə, eləcə də repatriasiya edilmiş şəxslərə sosial reabilitasiya xidmətləri göstərilir.


Xüsusi qayğıya ehtiyacı olan uşaqlar psixoloji, pedaqoji, loqopedik və aktiv terapiya xidmətlərinə cəlb edilirlər. Həmçinin onların asudə vaxtlarının səmərəli təşkili, eləcə də sosial adaptasiyası məqsədilə bir çox fəaliyyətlər təşkil edilir. Uşaqların valideynləri isə valideyn bacarıqlarının artırılması istiqamətində təlimlərdə və qrup terapiyalarında iştirak edirlər.


Agentliyin ölkə üzrə 5 sosial xidmət mərkəzi (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam) və bir sosial xidmət kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir. Bu mərkəzlərdə göstərilən xidmətlərdən yararlanmaq istəyən şəxslər Sosial Xidmətlər Agentliyinə və Agentliyin müvafiq filiallarına müraciət edə bilərlər.

Mənbə axar.az

Oxşar Xəbərlər