Digər
Türkiyədə göyərtəsində 110 nəfər olan gəmi batdı
Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda “Big Boss” adlı tur gəmisi batıb.
Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, gəminin göyərtəsində 110 nəfər olub. Sərnişinlər təhlükəsiz şəkildə ərazidəki başqa gəmiyə təxliyə edilib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Mənbə
axar.az