Digər
Sevilən məkan, dəyişməz keyfiyyət: "Günaydın" restoranı daha bir ünvanda
2012-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərən, Bakının sevilən məkanlarından biri olan "Günaydın" restoranı artıq yeni filialı ilə qonaqlarını qarşılamağa hazırdır. Üçüncü filial "Bilgəh Amburan Aquapark" ərazisində yerləşir. Bu, "Günaydın" restoranlar şəbəkəsinin sayca 62-ci filialıdır. Müasir dizaynı, xüsusi atmosferi ilə seçilən yeni məkan 30 may saat 09:30-da qonaqlarını qəbul etməyə başlayacaq. Yeni filial müştərilərinə yüksək xidmət keyfiyyəti, komfortlu interyer və xüsusi dad təcrübəsi vəd edir. Restoran rəhbərliyi bildirib ki, əsas məqsəd qonaqlara həm rahat istirahət, həm də unudulmaz kulinariya təcrübəsi təqdim etməkdir. "Günaydın" hər kəsi yeni məkanı kəşf etməyə dəvət edir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az