Ermənistan nə itirəcəyini anlamalıdır - Lukaşenko
Ermənistan rəhbərliyi və xalqı nə qazanacağını və nə itirəcəyini anlamalıdır.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“Bu barədə Rusiya Prezidenti Vladimir Putin bütün dünya ictimaiyyətinə - bunu eşitmək istəyən hər kəsə ətraflı məlumat verəcəyinə söz verib. O, bir daha ətraflı izah edəcək, rusiyalı mütəxəssislər də bu məlumatı onun üçün hazırlayıblar ki, hazırda Ermənistanın daxil olduğu Avrasiya İqtisadi Birliyindən imtina edib, Avropa Birliyinə qoşulmaq nə deməkdir.
Ermənistan uzun illərdir buna can atan Ukraynanı, daha da önəmlisi 25-30 ildir Avropa Birliyinə daxil olmaq üçün növbədə gözləyən Türkiyəni nəzərə alaraq, AB-yə üzvlük prosesinin uzun çəkdiyini də anlamalıdır”, - deyə Lukaşenko əlavə edib.
Qeyd edək ki, bu gün Astanada keçirilən Aİİ-nin iclasında Avrasiya İqtisadi İttifaqı Müqaviləsinin Ermənistana münasibətdə dayandırılmasının mümkün nəticələrinin qiymətləndirilməsinə dair Birgə Bəyanat imzalayıblar.