Digər
Rusiyanın bu şəhərdəki konsulluğu bağlanır, konsul isə...
Rusiyanın Konstansadakı baş konsulu Rumıniyada arzuolunmaz şəxs elan edilib, konsulluq isə bağlanacaq.
Axar.az xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan deyib.
"Dünən gecə iki vətəndaşın yaralanması ilə bağlı ciddi bir insident baş verdi və bütün məsuliyyət Rusiyanın üzərinə düşür. Rusiyanın Konstansadakı baş konsulu persona non-qrata elan edilib və Konstansadakı konsulluq bağlanacaq", - o bildirib.
Mənbə
axar.az