Digər

7 Oktyabr hücumunun iştirakçısı məhv edildi

29 May 2026, 15:28 18 baxış
7 Oktyabr hücumunun iştirakçısı məhv edildi

Qəzzada HƏMAS komandirlərindən daha biri öldürülüb.


Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (ÇAXAL) məlumat yayıb.


Bildirilib ki, HƏMAS-ın hərbi qanadı – “Qəzza” briqadası komandirinin müavini və “Zaytun” batalyonunun komandiri İmad Həsən Hüseyn Aslim aviazərbə nəticəsində öldürülüb.


Onun 2023-cü ildə 7 oktyabr hadisələrinin iştirakçılarından biri olduğu bildirilib.


Qeyd edək ki, bir neçə gün bundan əvvəl HAMAS-ın hərbi qanadının lideri Məhəmməd Odeh də İsrailin hava zərbələri nəticəsində öldürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər