Digər

Aİİ-nin iclası başladı: İrəvanın AB-yə qoşulmaq planı...

29 May 2026, 13:57 15 baxış
Aİİ-nin iclası başladı: İrəvanın AB-yə qoşulmaq planı...

Astanada Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilir.


Axar.az xəbər verir ki, əvvəlcə Ali Avrasiya İqtisadi Şurasının məhdud tərkibdə iclası baş tutub.


İclasda Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan və Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri Bakıtjan Saqintayev iştirak ediblər.


Rusiya tərəfindən iclasda baş nazirin müavini və Avrasiya İqtisadi Komissiyası Şurasının üzvü Aleksey Overçuk və prezidentin köməkçisi Yuri Uşakov iştirak edirlər.


Dövlət başçılarının bağlı qapılar arxasında Ermənistanın Avropa Birliyinə qoşulmaq planlarını müzakirə edəcəkləri gözlənilir.


Daha sonra iclas Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Kubanın vitse-prezidenti Salvador Valdes Mesa və İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabakın iştirakı ilə geniş tərkibdə davam etdiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər