Digər

ABŞ-da erməni qadın 2 övladını, ərini daha sonra özünü öldürdü

29 May 2026, 14:24 14 baxış
ABŞ-da erməni qadın 2 övladını, ərini daha sonra özünü öldürdü

ABŞ-ın Los-Anceles şəhərində erməni qadın iki azyaşlı uşağını, ərini və daha sonra özünü öldürüb.


Axar.az APA-ya istinadla xəbər verir ki, adı hələlik açıqlanmayan qadın 2 yaşlı oğlu Alek Basmacyanı, yeni doğulmuş qızı Ella Basmacyanı və əri, 31 yaşlı Xajak Basmacyanı qətlə yetirib, sonra isə özünə qəsd edib.


Polis hadisənin qətl - özünə qəsd olduğunu təsdiqləyib.


Qadının əri Xajak Basmacyanın “BlackLine” şirkətində proqramçı işlədiyi bildirilir.


Hadisənin motivləri hələlik açıqlanmır.


Araşdırmalar davam edir.

Mənbə axar.az

Oxşar Xəbərlər