Rumıniyaya PUA hücumu: Rusiya qırmızı xətti keçdi...
Rusiyanın təcavüzkar müharibəsi daha bir qırmızı xətti keçib. Bu hadisə Avropa Birliyi (AB) ərazisində baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen X hesabında paylaşım edib.
O qeyd edib ki, Rusiya PUA-sı Rumıniyada sıx məskunlaşmış əraziyə düşərək mülki şəxslərin yaralanmasına səbəb olub:
“AB Rumıniya və onun xalqı ilə tam həmrəydir. AB xüsusilə şərq sərhədlərində təhlükəsizlik və çəkindirmə tədbirlərini gücləndirməklə yanaşı, Rusiyaya təzyiqi də artıracaq”.
Leyen sonda əlavə edib ki, AB Rusiyaya qarşı 21-ci sanksiyalar paketini hazırlayır.
Qeyd edək ki, bu gün Rusiyaya məxsus PUA Rumıniyanın hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb.