Digər
İran Hörmüzdə 4 gəmiyə xəbərdarlıq atəşi açdı
İran Silahlı Qüvvələri Hörmüz boğazı yaxınlığında dörd gəmi istiqamətində xəbərdarlıq atəşi açıb.
Axar.az İran mediasına istinadən xəbər verir ki, məlumata görə, həmin gəmilər boğazdan keçid zamanı hərəkətlərini əvvəlcədən razılaşdırmadan irəliləməyə cəhd ediblər.
İnsidentdən sonra bölgədə vəziyyət nəzarət altına alınıb.
Bundan əvvəl isə “Fars” agentliyi İranın cənub bölgələrindən naməlum hədəflərə doğru bir neçə raketin buraxıldığını xəbər vermişdi.
Mənbə
axar.az