Digər
ABŞ və İran arasında razılaşma əldə olunub?
İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu üzrə potensial mətn hələ də razılaşdırılmayıb və təsdiqlənməyib.
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi danışıqlar qrupuna yaxın mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, İran hələ də Pakistan vasitəçisinə mətnin yekun təsdiqi barədə məlumat verməyib.
Qeyd edək ki, daha əvvəl “Axios” mənbələrə istinadla ABŞ və İran nümayəndələrinin qarşılıqlı anlaşma memorandumu layihəsini razılaşdırdıqlarını yazmışdı.
Mənbə
axar.az