Digər
Trampın təsviri olan 250 dollarlıq əsginaslar hazırlanır
ABŞ Prezidenti Donald Trampın təsvirinin əks olunduğu 250 dollarlıq əsginasın dizaynı hazırlanır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent Ağ Evdə keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, onun dövriyyəyə buraxılması üçün qanunvericilikdə dəyişikliklər tələb olunur, ona görə də iş hələ ilkin mərhələdədir:
"Hazırda ABŞ Konqresinin Nümayəndələr Palatasında və Senatda 250 dollarlıq əsginasda yaşayan bir insanın - Donald Trampın təsvir edilməsi üçün qanun layihəsi nəzərdən keçirilir".
Mənbə
axar.az