Cəmiyyət
Abituriyentlərin NƏZƏRİNƏ - İmtahanların ikinci cəhdinin TARİXİ AÇIQLANDI
II və III qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin II cəhdi iyulun 5-i keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, I və IV qruplar üzrə isə qəbul imtahanı, həmçinin coğrafiya fənni üzrə isə əlavə imtahan iyulun 12-si olacaq. Sözügedən imtahanlara qeydiyyat 1-8 iyun tarixlərində aparılacaq.
Mənbə
oxu.az