Cəmiyyət

Azad edilmiş ərazilərdə daha 78 mina aşkarlandı

25 May 2026, 11:00 3 baxış
Azad edilmiş ərazilərdə daha 78 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (18.05.2026-24.05.2026) məlumat açıqlanıb.


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Axar.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə ərzində 45 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 416 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.


Bildirilib ki, 2 092 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Mənbə axar.az

Oxşar Xəbərlər