Cəmiyyət
Keçmiş məcburi köçkün: "Həyat yoldaşımla çıxmışdım, indi nəvələrimlə qayıdıram"
"Torpaqlarımız işğal olunanda həyat yoldaşımla birlikdə məcburi köçkün düşmüşdük, amma indi övladlarım və nəvələrimlə qayıdıram". Oxu.Az xəbər verir ki, bu sözləri Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Sabir Bəbirov deyib. O bildirib ki, Cəbrayıl rayonunda işlə də təmin olunub: "Özüm də Cəbrayıl rayonunda işlə təmin olunmuşam. Uzun müddət idi ki, köçəcəyimiz günü gözləyirdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Ölkə başçımızın sayəsində biz bu günləri gördük".
Mənbə
oxu.az