Cəmiyyət

Gəncədə sakinlərin nəqliyyat problemi: "Məktəbə getmək olmur" - VİDEO

25 May 2026, 01:12 2 baxış
Gəncədə sakinlərin nəqliyyat problemi: "Məktəbə getmək olmur" - VİDEO
Gəncə şəhərinin Məhsəti qəsəbəsində, Müşfiq Adıgözəlov və Faiq Əhmədov küçələrində yaşayan bir qrup sakin uzun müddətdir ictimai nəqliyyatdan istifadə ilə bağlı çətinlik yaşadıqlarını iddia edir. Sakinlərin sözlərinə görə, marşrut xətlərinin yenidən müəyyənləşdirilməsindən sonra əraziyə xidmət göstərən 16 saylı marşrut avtobusundan istifadə bir çox sakin üçün əlverişsiz olub. Belə ki, əvvəllər fəaliyyət göstərən 20 saylı marşrut daha geniş ərazini əhatə etdiyindən sakinlərin istifadəsi üçün daha münasib idi. Sakinlər mövcud problemi Baku TV-yə belə şərh ediblər: "Avtobus əvvəllər buradan keçirdi, indi isə uzaqdan keçir. Çox çətindir. Yağış olur, palçıq olur, məktəbə getmək mümkün olmur", - deyə sakinlər bildiriblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Gəncə şəhərində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Qurumun açıqlamasına görə, Məhsəti qəsəbəsində 11 və 16 nömrəli olmaqla iki marşrut xətti təşkil edilib. Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə yeni avtobuslar hər iki marşrut üzrə qəsəbənin ən geniş və təmir edilmiş yolları ilə hərəkət edir. Bildirilib ki, əlçatanlığın təmin olunması üçün həmin yollara paralel küçələrdə yaşayan vətəndaşların piyada gediş məsafəsi də nəzərə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər