Cəmiyyət

"Çətin olsa da, narazı deyilik" - Səkkiz uşaqlı ailənin həyatı - VİDEO

25 May 2026, 01:36 2 baxış
"Çətin olsa da, narazı deyilik" - Səkkiz uşaqlı ailənin həyatı - VİDEO
Onlar bir evdə 10 nəfər yaşayırlar: ana, ata və səkkiz uşaq. Talıbovlar ailəsi həm çoxuşaqlı, həm də aztəminatlı ailədir. Ana evdə uşaqlara baxır, ata isə pambıq sahələrində çalışır. Dövlətdən sosial yardım alsalar da, dolanışıqları asan deyil. Buna baxmayaraq, onlar həyatlarından razıdırlar - imkanları məhdud olsa da, sevgiləri boldur. Oxu.Az xəbər verir ki, İTV İmişlinin Qaragüvəndikli kəndində yaşayan Talıbovlar ailəsinin qonağı olub. Talıbovlar böyük ailədir. Evin ən böyük övladının 15 yaşı var, ən kiçikləri isə cəmi doqquz aylıq körpədir.
Aygün xanımla Ramil bəy 16 ildir ailəlidirlər. Ramil bəyin 40, Aygün xanımın isə 35 yaşı var. İllər ərzində böyüyən təkcə sevgiləri olmayıb. Ailə üzvlərinin sayı artdıqca valideynlərin üzərinə düşən məsuliyyət də ağırlaşıb. Çoxuşaqlı ailə olmaq həm də böyük xərc deməkdir. Səkkiz uşağın qidalanması, geyimi, ayaqqabısı, məktəbə gedənlərin dəftər-qələmi ailənin əsas qayğılarındandır. Ailə başçısı bildirir ki, aylıq xərcləri ən azı min manat təşkil edir. Dövlət tərəfindən isə ailəyə 1120 manat sosial yardım verilir. Səkkiz övladın valideyni olmaq çətin olsa da, Talıbovlar ailəsi bu həyatdan narazı deyil.
Mənbə oxu.az

Oxşar Xəbərlər