Cəmiyyət
Alla Puqaçovanı geridə qoyan azərbaycanlı sənətkar - VİDEO
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyevə həsr olunub. Kamançaçı, Əməkdar artist Mirnazim Əsədullayev sənətkarın dünya musiqisindəki rolundan bəhs edib: "O böyük sənətkar Azərbaycan tarını dünyaya elə tanıdıb ki, bu günə qədər onun ikinci bir bənzəri yoxdur". Ramiz Quliyev 1974-cü ildə Moskvada keçirilən Estrada Artistləri Müsabiqəsinin laureatı olub.
Oğlu, Əməkdar artist Əyyub Quliyev həmin nüfuzlu yarışmanı belə xatırlayır: "Həmin müsabiqədə Alla Puqaçova üçüncülüklə kifayətlənsə də, Ramiz Quliyev qalib gəlib. O, Azərbaycanı belə nəhəng platformalarda birinciliyə yüksəldən sənətkardır". Əyyub Quliyev atası ilə bağlı Polşada qarşılaşdığı maraqlı bir təsadüfü də bölüşüb: "Peterburqda oxuduğum vaxt Polşanın böyük simfonik orkestrindən birgə konsert dəvəti aldım. Bildirdilər ki, səhnəni paylaşıb birgə ifa edəcəyiniz şəxslə soyadınız eynidir. Mən pianoçu və ya skripkaçıları fikirləşsəm də, bu şəxsin atam olacağı ağlıma gəlmirdi. Adını soruşanda "Ramiz Quliyev" dedilər. Təşkilatçılar onun mənim atam olduğunu, atam isə mənim çağırıldığımı bilmirdi. Biz təsadüfən Polşadakı həmin konsertdə bir araya gəldik".

Mənbə
oxu.az