Cəmiyyət
Çimərlik ərazilərində iaşə obyektləri fəaliyyətə başlayıb - VİDEO
Çimərlik mövsümünün başlamasına sayılı günlər qalıb. Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Xəzər dənizinin sahilində yerləşən bir sıra iaşə obyektləri artıq fəaliyyətə başlayıb. İaşə obyektlərinin sahiblərinin sözlərinə görə, ötən illə müqayisədə çimərliklərə gələnlərin sayında azalma müşahidə olunur. Bu hal əsasən havaların yağışlı və küləkli keçməsi ilə əlaqələndirilir.
Bildirilib ki, qiymətlərdə isə ötən illə müqayisədə artım yoxdur. Qeyd edək ki, vətəndaşlar ictimai çimərliklərdən tam ödənişsiz istifadə edə bilərlər.
Bildirilib ki, qiymətlərdə isə ötən illə müqayisədə artım yoxdur. Qeyd edək ki, vətəndaşlar ictimai çimərliklərdən tam ödənişsiz istifadə edə bilərlər.
Mənbə
oxu.az