Cəmiyyət
"Oğru da var, vəhşi də" - Üç yaşlı tərəkəmə qızı "Mədinə nənə"nin qaldığı kənddə nələr yaşanır? - VİDEO
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Beyləqan rayonunun Allahyarlı kəndinə səfər edilib. Mil düzünün ortasında yerləşən və əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı olan bu kəndin ən böyük xüsusiyyəti əsrlərdir yaşatdığı tərəkəmə mədəniyyətidir.
Kənd sakini Tahir Əzimov bildirir ki, çətinliklərinə rəğmən bu həyat tərzi zəngin adət-ənənələrə malikdir. O, yeddi əcdadının Kəlbəcər yaylaqlarında yurd saldığını və vaxtilə Beyləqanın bütövlükdə tərəkəmə rayonu olduğunu qeyd edib. Verilişdə tərəkəmə mədəniyyətini virtual dünyada tanıdan balaca Mədinədən də bəhs olunub. Atası Ülvi Əzimovun sözlərinə görə, "TikTok"da "tərəkəmə qızı" kimi məşhurlaşan Mədinənin videoları 100 milyona yaxın baxış toplayıb və onun 1 milyon 700 min nəfərlik izləyici kütləsi var. Kəndin adətlərindən danışan Vidadi Allahyarov isə keçmişdə baş vermiş ibrətamiz bir hadisəni bölüşüb. Onun sözlərinə görə, vaxtilə eyni günə düşən toy və yas məclisində kənd camaatı elə bir həmrəylik nümayiş etdirib ki, kədərli xəbəri gizlədərək əvvəlcə toyu yüksək səviyyədə başa vurub, sonra isə dünyasını dəyişən qohumu hörmətlə son mənzilə yola salıblar.

Mənbə
oxu.az