Cəmiyyət

Bu ərazidə işıq olmayacaq

24 May 2026, 22:07 10 baxış
Bu ərazidə işıq olmayacaq

Sabah Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Bu barədə Axar.az-a "Azərişıq" ASC-dən məlumat verilib.


Bildirilib ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 42 nömrəli Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq.


Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Cəmşid Naxçıvanski küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər