Cəmiyyət

Maştağada böyük dəyişiklik: Sakinlər sevinc içində - Video

24 May 2026, 22:27 2 baxış
Maştağada böyük dəyişiklik: Sakinlər sevinc içində - Video

Bir müddət əvvəl Bakı Abadlıq Xidməti tərəfindən Maştağa qəsəbəsində abadlıq işlərinə başlanılmışdı. Hazırda işlər yekunlaşmaq üzrədir.


Axar.az Baku TV-yə istinadən xəbər verir ki, abadlıq işləri "Xunxarlar məhəlləsi" kimi tanınan Mirəli Mirəliyev küçəsində aparılıb. Sakinlər görülən abadlıq işləri ilə bağlı təəssüratlarını bölüşüblər.


"Məhəlləmiz əvvəlki ilə müqayisədə çox gözəlləşib. Təmizlik, gül-çiçək - hər şey dəyişib", - deyə sakinlərdən biri bildirib.


"Çox gözəldir. Sevinirəm ki, artıq bizim Maştağamız ağ günə çıxır", - deyə digər sakin qeyd edib.


Məhəllədə yerləşən evlərin dam örtükləri və fasadları yenilənib, darvaza və qapılar rənglənib. Əraziyə dekorativ güllər əkilib, işıqlandırma sistemi quraşdırılıb.


Bundan əlavə, uşaqların və sakinlərin asudə vaxtlarını maraqlı keçirmələri üçün söhbətgahlar yaradılıb.


Qeyd edək ki, abadlıq işlərinin yaxın vaxtlarda tam başa çatdırılması planlaşdırılır. Bu kimi işlər digər məhəllələrdə də davam etdiriləcək.


Mənbə axar.az

Oxşar Xəbərlər