Cəmiyyət

Ünvanlı dövlət sosial yardımın məbləğinin ən yüksək olduğu RAYONLAR - SİYAHI

22 May 2026, 16:54 6 baxış
Ünvanlı dövlət sosial yardımın məbləğinin ən yüksək olduğu RAYONLAR - SİYAHI
2026-cı il aprelin 1-i tarixinə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardım alan ailə üzvlərinin sayı respublika üzrə 349 944 nəfər təşkil edib. Oxu.Az Valyuta.az-a istinadən xəbər verir ki, 1 nəfərə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği 96.66 manat olub. Ünvanlı dövlət sosial yardımın ən yüksək olduğu iqtisadi rayon və inzibati ərazi vahidləri arasında 101.08 manat ilə Şəmkir rayonu yer alıb. Ən yüksək orta aylıq yardım məbləği verilən rayonlar isə aşağıdakılar olub: Şəmkir rayonu - 101.08 manat Gədəbəy rayonu - 100.74 manat Tovuz rayonu - 100.10 manat Quba rayonu - 99.80 manat Astara rayonu - 99.18 manat.
Mənbə oxu.az

Oxşar Xəbərlər