Cəmiyyət

Bakı-Tiflis-Bakı qatarında ödənişsiz baqaj limiti açıqlandı

22 May 2026, 15:54 8 baxış
Bakı-Tiflis-Bakı qatarında ödənişsiz baqaj limiti açıqlandı

Bakı-Tiflis-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarında Komfort və Komfort+ siniflərində səyahət edən sərnişinlər çəkisi 23 kiloqramdan, Lüks sinifdə isə 30 kiloqramdan çox olmayan 1 ədəd baqajı ödənişsiz daşıya bilərlər.


Bu barədə Axar.az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.


Bildirilib ki, pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.

Mənbə axar.az

Oxşar Xəbərlər