Cəmiyyət

Bakıdan Tiflisə daha ucuz qiymətə gedəcəyik?

22 May 2026, 14:34 10 baxış
Bakıdan Tiflisə daha ucuz qiymətə gedəcəyik?

Bakı-Tiflis-Bakı sərnişin qatarı ilə daha ucuz qiymətə sərnişin daşınması ilə bağlı araşdırmalar aparılır.


Axar.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.


O bildirib ki, bu istiqamətdə müzakirələr aparılır:


"Hazırda müəyyən çalışmalara başlanılıb. Sərnişinlərə fərqli və daha aşağı tarifdə siniflərin təqdim edilməsi üzərində iş gedir".


Xatırladaq ki, mayın 26-dan etibarən Bakı-Tiflis-Bakı sərnişin qatarı fəaliyyətə başlayır. Marşrut üzrə sərnişin daşıması 81 manatdan başlayır.

Mənbə axar.az

Oxşar Xəbərlər