Cəmiyyət

Anar Quliyev: "WUF13-də 54 minə yaxın iştirakçı qeydə alınıb"

22 May 2026, 13:31 5 baxış
Anar Quliyev: "WUF13-də 54 minə yaxın iştirakçı qeydə alınıb"
"WUF13-də 54 minədək insan fəal şəkildə iştirak edib". Oxu.Az xəbər verir ki, bu fikirləri WUF13 Milli Koordinatoru Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun rəsmi bağlanış mərasimindən əvvəl keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan şəhərsalma siyasətini dünya gündəmi ilə uyğunlaşdırmağa çalışır: "WUF13-də 54 minə qədər iştirakçı iştirak edib. 400-dən çox spiker çıxış edib. 60-dan çoxu azərbaycanlı olub. Şəhərsalma forumunda ilk dəfə Liderlər Sammiti keçirildi. Biz göstərdik ki, şəhərsalma istiqamətində mühüm addımlar atılıb". A.Quliyev qeyd edib ki, azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri fəal şəkildə aparılır: "Ağıllı kənd" və şəhərlər inşa edirik. Minlərlə insanın geri qaytarılmasına çalışırıq. Həmçinin şəhər və kəndlərin baş planını təsdiq edirik".
Mənbə oxu.az

Oxşar Xəbərlər