Cəmiyyət

Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedəcəyik? - RƏSMİ - ÖZƏL

22 May 2026, 13:40 8 baxış
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedəcəyik? - RƏSMİ - ÖZƏL
"Bakı-Tbilisi-Bakı sərnişin qatarı ilə daha ucuz qiymətə sərnişin daşınması ilə bağlı araşdırmalar aparılır". Bunu Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib. O bildirib ki, bu istiqamətdə müzakirələr aparılır: "Hazırda müəyyən çalışmalara başlanılıb. Sərnişinlərə fərqli və daha aşağı tarifdə siniflərin təqdim edilməsi üzərində iş gedir". Xatırladaq ki, mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarı fəaliyyətə başlayır. Marşrut üzrə sərnişin daşıması 81 manatdan başlayır.
Mənbə oxu.az

Oxşar Xəbərlər