Cəmiyyət

AzTV Qəşəm Nəcəfzadəyə 3 min manat ödəyəcək

22 May 2026, 13:37 8 baxış
AzTV Qəşəm Nəcəfzadəyə 3 min manat ödəyəcək

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) “Və ya” verilişi üçün göstəriləcək xidmətlərə görə Qəşəm Mirzə oğlu Nəcəfova (Qəşəm Nəcəfzadə) 2 min 700 manat ödəniş edəcək.


Axar.az Yeniavaz.com-a istinadən xəbər verir ki, AzTV bu məqsədlə Qəşəm Nəcəfov (VÖEN – 1601806762) ilə satınalma müqavilələri imzalayıb.


Qeyd edək ki, AzTV bu ödənişi bu ilin aprel-oktyabr aylarında göstəriləcək xidmətlər üçün edəcək.


Onu da bildirək ki, şair Qəşəm Nəcəfzadə həm də Azərbaycan Respublikası Audiovizual Şurasının üzvüdür.

Mənbə axar.az

Oxşar Xəbərlər