Cəmiyyət

Hasarların tikintisi zamanı sizdən icazə tələb oluna bilməz - Qanun nə deyir? - VİDEO

18 May 2026, 05:00 2 baxış
Hasarların tikintisi zamanı sizdən icazə tələb oluna bilməz - Qanun nə deyir? - VİDEO
Bəzi hallarda vətəndaşlar şəxsi torpaq sahələrində hasar tikərkən süni maneələrlə qarşılaşa bilirlər. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu hasar çəkərkən icazə tələbi ilə bağlıdır. Şəxsi torpaq sahənizdə hasar çəkərkən nə vaxt icazə almaq lazımdır?
Sözügedən məsələ Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Məcəllənin müvafiq maddəsində qeyd olunur ki, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların tikintisinə icazə tələb oluna bilməz. Həmçinin onu da qeyd edək ki, iki yanaşı torpaq sahəsinin səviyyələri müxtəlif olduqda hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. Bundan başqa, mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir. Xülasə, qeyd olunan meyarları ödəyirsinizsə, tikinti zamanı müvafiq icra hakimiyyəti orqanları icazə tələb edə bilməzlər. Lakin meyarları ödəmədikdə cərimə oluna bilərsiniz. İnzibati Xətalar Məcəlləsində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilərlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər