Cəmiyyət

"Mənzil sadəcə sığınacaq deyil" - WUF13 Qadınlar Assambleyasında nələr müzakirə olundu? - VİDEO

17 May 2026, 23:48 1 baxış
"Mənzil sadəcə sığınacaq deyil" - WUF13 Qadınlar Assambleyasında nələr müzakirə olundu?  - VİDEO
"Qadın Assambleyası həm təcili, həm də ictimai siyasət baxımından son dərəcə vacib bir mövzuya - qadınlar və mənzil məsələsinə həsr olunub". Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, bu fikirləri Madrid Texniki Universitetinin professoru İnes Sançes De Madariaqa Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Qadınların Assambleyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, qadınlar üçün mənzil təhlükəsizlik, ləyaqət, iqtisadi müstəqillik, sağlamlıq və sosial həyatda tam iştirak imkanı deməkdir. "Təhlükəsiz və adekvat mənzil olmadan qadınlar yoxsulluq, zorakılıq, məcburi köçkünlük və sosial təcrid riskləri ilə daha çox üz-üzə qalırlar. Buna görə də mənzil sadəcə fiziki sığınacaq deyil. Dünyanın müxtəlif yerlərində, xüsusilə də qeyri-rəsmi yaşayış məntəqələrində, münaqişə bölgələrində və iqlim dəyişikliyinə qarşı həssas icmalarda yaşayan qadınlar mənzil, mülkiyyət hüquqları, torpaq, infrastruktur və maliyyə imkanlarına çıxış sahəsində dərin bərabərsizliklərlə qarşılaşmağa davam edirlər", - deyə o əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər