Cəmiyyət

Estetik cərrahiyyənin gözə görünməyən təhlükələri - Həkim seçərkən nələrə diqqət etmək lazımdır?

17 May 2026, 21:36 1 baxış
Estetik cərrahiyyənin gözə görünməyən təhlükələri - Həkim seçərkən nələrə diqqət etmək lazımdır?
Estetik cərrahiyyə son illərdə həm dünyada, həm də Azərbaycanda sürətlə inkişaf edən və cəmiyyətin diqqət mərkəzində olan sahələrdən biridir. Bu sahədəki yeniliklər, risklər haqqında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Plastik cərrahiyyə şöbəsinin müdiri, universitetin Ümumi cərrahiyyə kafedrasının assistenti, tanınmış plastik-rekonstruktiv-estetik cərrah Adil Cümşüdovla söhbətləşdik. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Hər bir pasiyentə fərdi yanaşma tələb olunur" - Sizcə, estetik cərrahiyyənin uğurlu olması üçün vacib şərt nədir? - Estetik əməliyyatın uğurlu olması üçün ilk növbədə xəstə ilə həkim arasında əvvəlcədən qurulan düzgün dialoq vacibdir. Həkim xəstənin nə istədiyini dəqiq bilməli və bu məsələdə seçici olmalıdır. Çünki hər bir pasiyentə fərdi yanaşma tələb olunur. Eyni əməliyyat bir pasiyentdə uğurlu nəticə verə bilər, digərində isə yox. Əgər xəstə müxtəlif texnikaları bilən təcrübəli cərraha müraciət edərsə, üzünə uyğun və estetik baxımdan qəşəng nəticə əldə edə bilər.
- Azərbaycanda plastik cərrahlara ən çox hansı prosedur üçün müraciət edilir? - Əvvəllər Azərbaycanda daha çox burun əməliyyatları trenddə idi. Hazırda isə bədən əməliyyatları - xüsusilə bədən şəkilləndirmə və liposaksiya daha çox üstünlük qazanmağa başlayıb. Ümumiyyətlə, Qafqaz tipli bədən quruluşu və "Qafqaz burnu" adlanan burun formasından narazılıq daha çox müşahidə olunur. "Hər iki əməliyyat birlikdə icra olunur" - İndi əvvəlki illərlə müqayisədə kişilər də estetik cərrahiyyəyə çox üz tuturlar... - Bəli. Xaricdə işlədiyim dövrlərdə müraciət edənlərin təxminən 30%-i kişilər, 70%-i qadınlar idi. Azərbaycanda isə 8 il əvvəl bu göstərici 10%-ə 90% idisə, hazırda bizdə də 30%-ə 70% səviyyəsinə yüksəlib. Kişilər arasında ən çox burun əməliyyatlarına müraciət olunur. Çəpər əyriliyi əməliyyatı zamanı pasiyentlər eyni zamanda estetik düzəliş də istəyirlər. Yəni, nəfəsalma çətinliyi ilə yanaşı, burun formasında problem varsa, hər iki əməliyyat birlikdə icra olunur. Bundan başqa, daha sərt kişi siması yaratmaq üçün çənə çıxıntısının formalaşdırılması, eləcə də düşmüş göz qapaqları və qaşların yaratdığı görmə problemləri ilə bağlı müraciətlər də çoxdur. Kişilərdə ginekomastiya (sinədə piylənmə) və qarın nahiyəsində piy yığılması da kompleks yaradan əsas səbəblərdəndir.
- Estetik əməliyyatların riskləri nədən ibarətdir? - İstər estetik, istərsə də digər cərrahi əməliyyatlarda müəyyən risklər hər zaman mövcuddur. Estetik əməliyyatlarda risklərin daha çox soruşulmasının səbəbi onların həyati vacib olmamasıdır. Ürək əməliyyatı zamanı pasiyent ağır vəziyyətdə olur və bu, həyati zərurət daşıyır, buna görə risklər ikinci plana keçir. Məsələn, liposaksiya düzgün icra olunduqda risk faizi çox aşağıdır. Lakin həddindən artıq böyük həcmdə - məsələn, 10-15 litr yağın eyni anda götürülməsi və pasiyentin hərəkətsiz qalması tromb riskini artıra bilər. Bu risklərin qarşısını almaq üçün müasir avadanlıqlardan istifadə olunur və qabaqlayıcı tədbirlər görülür ki, nəticədə risk minimum səviyyəyə endirilir.
"Rəsmi siyahı mövcuddur" - Sosial şəbəkələrdə qeyri-peşəkar həkimlərin reklamı da geniş yayılıb. Pasiyentlər həkim seçərkən nələrə diqqət etməlidirlər? - Səhiyyə Nazirliyinin Təftiş Komissiyası tərəfindən tərtib olunmuş rəsmi siyahı mövcuddur və bu siyahı nazirliyin rəsmi saytında yerləşdirilib. Həmin siyahıda olmayan cərrahların estetik əməliyyat aparmaq hüququ yoxdur. Estetik əməliyyat həyata keçirən həkim mütləq rekonstruktiv bacarıqlara sahib olmalıdır. Ümumiyyətlə, "sadəcə estetik cərrah" anlayışı doğru deyil - bu ixtisas plastik, rekonstruktiv və estetik cərrahiyyəni əhatə edir. Məsələn, zədələnmiş çənəyə estetik görünüş vermək üçün onun anatomiyasını və rekonstruksiya üsullarını bilmək vacibdir. Çənə ayaq sümüyündən, burun isə qabırğadan formalaşdırılır. Təəssüf ki, bəzi qeyri-rəsmi kurslar keçmiş şəxslər də bu sahədə fəaliyyət göstərir və bu, ağır nəticələrə səbəb olur. Bu cür hallar digər pasiyentlərdə də qorxu yaradır, lakin çox vaxt səbəbin qeyri-peşəkar seçim olduğu bilinmir.
- Estetik əməliyyat istəyi daha çox psixoloji amillərlə bağlıdır? - Bunu sadə bir misalla izah edə bilərik: əgər geyindiyimiz paltar bizə uyğun gəlmirsə, özümüzü narahat hiss edirik. Amma uyğun olduqda insan özünü daha rahat və inamlı hiss edir. Burun əməliyyatında əsas məqsəd əvvəlcə sağlamlıqdır, yəni nəfəsalma problemi aradan qaldırılmalıdır. Bundan sonra estetik görünüş ön plana çıxır. Əgər insan həm rahat nəfəs alır, həm də görünüşündən razıdırsa, bu, uğurlu nəticə deməkdir. Psixoloji baxımdan isə bəzi fiziki xüsusiyyətlər - burunun əyriliyi və ya böyüklüyü, qulaqların forması və s. insanlarda kompleks yarada bilər. Bu da sosial həyatda, hətta şəkil çəkdirərkən belə narahatlıq yaradır. Əməliyyatdan sonra isə insanlar özlərini daha rahat hiss edirlər.
- Əməliyyatdan qorxanlar üçün alternativ üsullar varmı? - Kosmetoloji prosedurlar vasitəsilə kiçik dəyişikliklər etmək mümkündür, lakin bunlar cərrahi əməliyyatı tam əvəz etmir. "Hər biri mənim üçün unudulmazdır" - Sizi çox təsirləndirən əməliyyat hekayəsi varmı? - İkinci Qarabağ müharibəsində yaralanmış döyüşçülər üzərində apardığım rekonstruktiv əməliyyatlar mənim üçün xüsusi əhəmiyyət daşıyır. Bu əməliyyatların bir çoxu Azərbaycan tarixində ilk dəfə həyata keçirilirdi və bu işdə iştirak etmək mənim üçün böyük qürur idi. Məsələn, bir əsgərin çənəsi partlayış nəticəsində tam zədələnmişdi və biz onun çənəsini ayaq sümüyündən yenidən formalaşdırmışdıq. Bu kimi xatirələr çoxdur və hər biri mənim üçün unudulmazdır.
- Sonda pasiyentlərə tövsiyəniz... - Həkim seçərkən mütləq plastik-rekonstruktiv-estetik cərrah ixtisasına malik mütəxəssislərə müraciət edilməlidir. Diplomu olmayan, qeyri-peşəkar şəxslərdən uzaq durmaq vacibdir.
Estetik cərrahiyyənin gözə görünməyən təhlükələri - Həkim seçərkən nələrə diqqət etmək lazımdır? Estetik cərrahiyyənin gözə görünməyən təhlükələri - Həkim seçərkən nələrə diqqət etmək lazımdır? Estetik cərrahiyyənin gözə görünməyən təhlükələri - Həkim seçərkən nələrə diqqət etmək lazımdır? Estetik cərrahiyyənin gözə görünməyən təhlükələri - Həkim seçərkən nələrə diqqət etmək lazımdır? Estetik cərrahiyyənin gözə görünməyən təhlükələri - Həkim seçərkən nələrə diqqət etmək lazımdır? Estetik cərrahiyyənin gözə görünməyən təhlükələri - Həkim seçərkən nələrə diqqət etmək lazımdır? Estetik cərrahiyyənin gözə görünməyən təhlükələri - Həkim seçərkən nələrə diqqət etmək lazımdır? Estetik cərrahiyyənin gözə görünməyən təhlükələri - Həkim seçərkən nələrə diqqət etmək lazımdır?
Mənbə oxu.az

Oxşar Xəbərlər