Cəmiyyət
Mayın 17-si Bakı və Abşeronda ilin ən çox yağıntı düşən günü olub
Bakı və Abşeronda 2026-cı ildə ən çox yağıntı mayın 17-nə təsadüf edib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, mayın 17-də Bakı və Abşerona 9 saat ərzində 103 mm yağıntı düşüb ki, bu da iqlim normasının 523%-ni təşkil edir. Qeyd edək ki, martın 27-də 15 saat ərzində düşən yağıntının miqdarı 58 mm (iqlim normasının 246%-i), martın 28-də 24 saat ərzində 85 mm (360%) qeydə alınıb. Apreldə ayın 5-də 21 saat ərzində 29 mm (128%), ayın 6-da 15 saat ərzində düşən yağıntının miqdarı 61 mm (264%) olub.
Mənbə
oxu.az