Cəmiyyət
Qarabağda aparılan yenidənqurma işləri xarici qonaqların diqqətini cəlb edən əsas məsələlərdəndir - FOTO
"WUF13 çərçivəsində Azərbaycana gələn xarici qonaqların diqqətini cəlb edən əsas mövzulardan biri də Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləridir. Çünki işğal dövründə Qarabağda erməni vandalizmi nəticəsində dağıdılan infrastruktur yenidən bərpa edilir, ümumilikdə yenidənqurma işləri sürətlə aparılır". Bunu Oxu.Az-a açıqlamasında Qarabağ və Şərqi Zəngəzur üzrə turizm bələdçisi, "SİMA" İctimai Birliyinin layihə meneceri Samir Abdullayev deyib.
O bildirib ki, bu bölgələrdə yeni yaşayış məntəqələrinin salınması, binaların tikilməsi və əhalinin köçü xaricdən gələn qonaqların diqqətini cəlb edir: "Eyni zamanda, biz sonuncu dəfə Türkiyədən gələn rəsmilərlə Qarabağa səfər etdik. Onlar da görülən işlərlə tanış oldular, fikirlərini bildirdilər". "Burada əsas özəllik isə ondan ibarətdir ki, xaricdən dəvət olunan memarlar tərəfindən bir çox binalar və abidələr əvvəlki üslubunda tikilir və ya bərpa olunur. Ən əsası isə biz Qarabağda "ağıllı kənd" konsepsiyası sisteminə keçmişik. İnsanlar artıq həmin kəndlərə köçürlər. Bu da gələn qonaqların diqqətini cəlb edir. Onlar 5-6 il ərzində bu qədər sürətli yenidənqurmanı və yaşayışın bərpasını həm təəccüblə qarşılayır, həm də təqdir edirlər".

Mənbə
oxu.az