Cəmiyyət

Mayın 17-si Bakıda ilin ən çox yağıntı düşən günü olub

17 May 2026, 17:16 1 baxış
Mayın 17-si Bakıda ilin ən çox yağıntı düşən günü olub

Bakı və Abşeronda 2026-cı ildə ən çox yağıntı mayın 17-nə təsadüf edib.


Axar.az xəbər verir ki, mayın 17-də Bakı və Abşerona 9 saat ərzində 103 mm yağıntı düşüb ki, bu da iqlim normasının 523 %-ni təşkil edir.


Qeyd edək ki, martın 27-də 15 saat ərzində düşən yağıntının miqdarı 58 mm (iqlim normasının 246 %-i), martın 28-də 24 saat ərzində 85 mm (360 %) qeydə alınıb.


Apreldə ayın 5-də 21 saat ərzində 29 mm (128 %), ayın 6-da 15 saat ərzində düşən yağıntının miqdarı 61 mm (264 %) olub.

Mənbə axar.az

Oxşar Xəbərlər